mobil versiya

Santuş Azərbaycan millisinin heyətini bu vaxt açıqlayacaq



Futbol üzrə Azərbaycan millisinin iki yoldaşlıq oyunu üçün heyətinin açıqlanacağı vaxt müəyyənləşib.

Reportyor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş martın 13-də milli assosiasiyanın inzibati binasında heyəti açıqlayacaq.

Milli komanda sentyabrın 22-də Haiti ilə, üç gün sonra Belarusla üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda və “Bank Respublika Arena”da gerçəkləşəcək.

KARUSEL / İDMAN
Tarix: 11-03-2025, 17:11