mobil versiya

Pakistan qatar girovlarını azad etmək üçün “tam miqyaslı” əməliyyata başlayacaq




Rəsmilər bildiriblər ki, Pakistan təhlükəsizlik qüvvələri silahlılar, o cümlədən kamikadzelər tərəfindən girov götürülən qatar sərnişinlərini azad etmək üçün çərşənbə günü “tam miqyaslı əməliyyata” başlamağa hazırlaşır.

Reportyor.az xəbər verir ki, bunu bölgədəki təhlükəsizlik rəsmisi AFP-yə bildirib.

Çərşənbə axşamı günortadan sonra zorakılığın artdığı Bəlucistan əyalətinin cənub-qərbində separatçı yaraqlılar dəmiryol xəttinin bir hissəsini bombalayıb və göyərtəsində 450-dən çox sərnişinin olduğu qatara basqın ediblər.

Sibi rayonunda baş verən hücumdan sonra onlarla girov azad edilib, qatar maşinisti də daxil olmaqla üç nəfər ölüb.

Təhkükəsizlik rəsmisi deyib ki, qatar girovlarını və digərlərini xilas etmək üçün səhər saatlarında genişmiqyaslı əməliyyat planlaşdırılır.

Rəsmi bildirib ki, qüvvələr gecənin qaranlığı səbəbindən problemlərlə üzləşib: “Biz mülki girovlara təhlükə yarada biləcək hər hansı hərəkətin qarşısını almaq üçün tədbirlər görürük”.

Təhlükəsizlik mənbələri terrorçuların kamikadzeləri günahsız girov sərnişinlərin yanında yerləşdirdiklərini bildirib.

Daxili işlər naziri Mohsin Naqvi çərşənbə axşamı günü axşam saatlarında 100-dən çox girovun azad edildiyini, təhlükəsizlik mənbələri isə 58 kişi, 31 qadın və 15 uşağın olduğunu bildirib.

Qatarda neçə nəfərin qaldığı açıqlanmayıb.

Hücumu dərhal Əfqanıstan və İranla həmsərhəd olan əyalətdə artan zorakılıqların arxasında duran separatçı qrup olan Bəluc Azadlıq Ordusu (BLA) öz üzərinə götürüb.


KARUSEL / DÜNYA
Tarix: 12-03-2025, 08:46