Pakistanın təhlükəsizlik qüvvələri üç terror hücumunun qarşısını alıb
Pakistanın təhlükəsizlik qüvvələri İran və Əfqanıstanla həmsərhəd olan Bəlucistan əyalətinin cənub-qərbindəki Maç şəhərində terrorçuların üç hücumunu dəf edib.
“Dawn” xəbər verir ki, milliyyətçi “Bəlucistan azadlıq ordusunun” silahlıları şəhəri raket və minaatanlardan atəşə tutub. Daha sonra isə şəhərdə saxlanılan 800 məhbusu azad etmək üçün dəmiryol vağzalına, polis məntəqəsinə və həbsxanaya hücum edilib.
Üç saat davam edən döyüşdən sonra terrorçuların hücumları dəf olunub. İlkin məlumata görə, qarşıdurma zamanı bir polis əməkdaşı həlak olub, bir mülki şəxs yaralanıb. Hazırda şəhərə əlavə qüvvələr yerləşdirilib. Regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
2021-ci ilin sonundan etibarən ölkənin mərkəzləşməsini gücləndirmək istiqamətində Pakistan hökumətinin həyata keçirdiyi tədbirlərə qarşı çıxan separatçı qruplaşmaların fəallığı səbəbindən Bəlucistanda vəziyyət gərgin olaraq qalır. Silahlıların hücumları Çinin “Bir kəmər - bir yol” qlobal təşəbbüsünün əsas obyektlərindən biri hesab edilən Qvadar dəniz limanını, eləcə də Pakistanda tikilən digər infrastruktur obyektlərini təhlükə altında qoyur.
KARUSEL / DÜNYA
Tarix: 30-01-2024, 11:53