mobil versiya

Misir Liviya-Liviya həll prosesinin gücləndirilməsini davam etdirəcək



Misirin xarici işlər naziri Bədr Əbdülətti, ölkəsinin prezident və parlament seçkiləri keçirmək məqsədi ilə Liviya tərəflərinə konsensusa nail olmaq, Liviya-Liviya həll prosesini gücləndirmək və dövlət institutlarına hörmət etmək üçün səylərini davam etdirəcəyini təsdiqləyib.

Reportyor.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib.

Qahirədə BMT Baş Katibinin Liviya üzrə yeni xüsusi nümayəndəsi Hanna Tetteh ilə görüşündə Əbdülətti Liviyanın birliyini, sabitliyini və bütövlüyünü qoruyacaq şəkildə bütün xarici qüvvələrin, əcnəbi döyüşçülərin və muzdluların Liviyadan müəyyən müddət ərzində çıxarılmasının vacibliyini vurğuladı.
KARUSEL / DÜNYA
Tarix: 12-03-2025, 12:36