Qətər Səudiyyə Ərəbistanının ABŞ-Ukrayna danışıqlarına ev sahibliyi etməsini alqışlayır

Qətər Dövləti Səudiyyə Ərəbistanı Krallığının Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında danışıqlara ev sahibliyi etməsini alqışlayıb və danışıqların Ukrayna böhranının həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Reportyor.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi bəyanatında Səudiyyə Ərəbistanının beynəlxalq tərəflərin fikirlərini bir-birinə yaxınlaşdırmağa yönəlmiş diplomatik səylərinə görə minnətdarlığını ifadə edib. Bəyanat həmçinin Qətərin dialoqun regional və beynəlxalq böhranların və münaqişələrin həlli üçün ən yaxşı variant olduğuna dair qəti inamını təsdiqləyib.
Nazirlik Qətərin qlobal təhlükəsizlik və sabitliyə nail olmaq üçün sülhün bərqərar olmasına və ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bütün səyləri dəstəklədiyini bir daha vurğuladı.
KARUSEL / DÜNYA
Tarix: 13-03-2025, 11:12