mobil versiya

Sülh sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb - Ceyhun Bayramov



Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb.

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini bizə çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk Qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.


KARUSEL / SİYASƏT
Tarix: 13-03-2025, 15:39