mobil versiya

Bu gün İlaxır çərşənbədir



Bu gün Novruz çərşənbələrinin sonuncu olan ilaxır - torpaq çərşənbəsidir.

Reportyor.az bildirir ki, xalq arasında axır çərşənbə “İlaxır çərşənbə”, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi”də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisi, qiymətlisidir. Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. İlaxır çərşənbə torpağın oyanması ilə bağlıdır.

İlaxır çərşənbə və Novruz bayramının əsas simvollarından biri də səmənidir.

İlaxır çərşənbədə tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
İlaxır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-03-2025, 09:00