mobil versiya

Bu gün ilk Qədr gecəsidir



Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

Reportyor.az xəbər verir ki, ikinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22, sonuncusu isə 26-da olacaq.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Qədr gecəsi "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-03-2025, 10:29