Rusiya və ABŞ BMT-nin iştirakı ilə danışıqlar aparacaq

Rusiya və ABŞ arasında danışıqlar çətin, lakin faydalı olub və BMT və digər ölkələr əlavə müzakirələrə cəlb olunacaq.
Reportyor.az xəbər verir ki, bunu Rusiya senatoru Qriqori Karasin deyib TASS xəbər agentliyinə bildirib: “Hər şey müzakirə edildi – gərgin, çətin dialoq var idi, lakin bu, bizim və amerikalılar üçün çox faydalı oldu. Bir çox problemlər müzakirə olundu”
Keçmiş diplomat Karasin bildirib ki, danışıqlar davam etdiriləcək və BMT və digər - naməlum dövlətlər danışıqlara cəlb olunacaq.
“Biz bunu beynəlxalq ictimaiyyəti, ilk növbədə Birləşmiş Millətlər Təşkilatını və ayrı-ayrı ölkələri cəlb etməklə davam etdirəcəyik. Ümumiyyətlə, lazımlı və zəruri olan konstruktiv dialoq təəssüratı yarandı. Amerikalılar da bunda maraqlıdırlar", - Karasin bildirib.
Rusiyalı mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, birgə bəyanat layihəsi təsdiqlənmək üçün Moskva və Vaşinqtona göndərilib və tərəflər onu çərşənbə axşamı yayımlamağı hədəfləyir.
KARUSEL / DÜNYA
Tarix: 25-03-2025, 10:00