mobil versiya

Sabah hava yağmursuz keçəcək



Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb.


Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və  Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq. 
KARUSEL / ÖLKƏ
Tarix: 25-03-2025, 13:05