Mart ayında azad edilmiş ərazilərdə 436 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən mart ayında icra olunan əməliyyatlar barədə məlumatlar açıqlanıb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 331 piyada əleyhinə mina, 105 tank əleyhinə mina, 9 755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 4 556 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
KARUSEL / ÖLKƏ
Tarix: 1-04-2025, 15:47