mobil versiya

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb



İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.08.2024 - 11.08.2024) məlumat açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 163 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 10 040 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 224,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

KARUSEL / ÖLKƏ
Tarix: 12-08-2024, 15:27