mobil versiya

Astarada PUA ilə narkotik daşıyan daha bir marşrut ifşa olunub





Astara rayonu ərazisində qaçaqmalçılıq yolu ilə ölkəyə pilotsuz uçuş aparatı vasitəsilə keçirilən 10 kiloqram marixuana çay kənarında aşkarlanıb.

Reportyor.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Astara RPŞ-nin əməkdaşları tərəfindən PUA ilə yerə qoyularaq lokasiyasiyası ötürülən şübhəli bağlamaları həmin yerdən götürməyə gələn, əvvəllər məhkum olunmuş 37 yaşlı Cavid Həsənov saxlanılıb. Müəyyən edilib ki, narkotik vasitənin müxtəlif ünvanlara çatdırılmasına məsul olan şübhəli şəxsin istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşması olub.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 3-04-2025, 15:53