mobil versiya

Qaçaqmalçılıq yolu ilə ölkəyə 19 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb



Paytaxt ərazisində keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Tural Nəsirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onun əlindəki polietilen torbada tərkibi psixotrop maddələrlə zənginləşdirilən 19 kiloqram marixuana aşkarlanıb.
T.Nəsirli narkotik vasitəni İran vətəndaşı “Mahmud” adlı şəxsin vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 12-06-2024, 15:20