mobil versiya

DİN: Sosial şəbəkələrdə fərdi məlumatlarınızın məxfiliyini təmin edin




"Sosial şəbəkə platformalarının bir çoxu istifadəçilər üçün məxfilik parametrləri təklif edir. Bu sizin fərdi məlumatlarınızı, paylaşımlarınızı və onlayn fəaliyyətlərinizi kimin görə biləcəyini müəyyən edir".

Reportyor.az xəbər verir ki, bu barədə DİN-nin vətəndaşlara müraciətində bildirilir.

Buna görə də bütün sosial şəbəkə hesablarınızda məxfilik parametrlərinə nəzər yetirməli, kibertəhlükəsizliyiniz üçün fərdi məlumatlarınızın əlçatanlığını tənzimləməlisiniz.

Unutmayın ki, tanımadığınız şəxslər üçün fərdi məlumatlarınızın əlçatan olması kibertəhlükəsizliyiniz üçün ciddi təhlükə yarada bilər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 7-04-2025, 10:35