DİN səyahət zamanı kibertəhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyyə edir

Səyahətdə olduğumuz zaman da fərdi məlumatlarınızın təhlükəsizliyinə xüsusi diqqət yetirməlisiniz.
Reportyor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi vətəndaşları ehtiyalı olmağı tövsiyyə edib.
Bildirilir ki,
Üzərində fərdi məlumatlarınız olan bilet və ümumvətəndaş pasport görüntülərini sosial şəbəkələrdə paylaşmaqdan çəkinin,
Cihazlarınız üçün mürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə edin,
İctimai Wi-Fi şəbəkələrdən istifadə edərkən diqqətli olun. Maliyyə xarakterli əməliyyatları mobil şəbəkə üzərindən edin,
Cihazlarınızda məkan paylaşımı, "Bluetooth" kimi funksiyaları lazım olmadıqca deaktiv edin,
Ödənişə və ya veb-sayta yönləndirilən QR kodlardan istifadə edərkən ehtiyatlı olun,
Şübhəli mənbələrdən göndərilən fişinq mesajlarına qarşı diqqətli olun.
KARUSEL / CƏMİYYƏT
Tarix: 26-03-2025, 16:05