Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Reportyor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, Kəlbəcər, Laçın, Naxçıvan MR, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Gəncə, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuzda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
KARUSEL / ÖLKƏ
Tarix: 7-04-2025, 17:14