FİFA və UEFA proqramlarından AFFA-ya ayrılan vəsaitin məbləğı açıqlanıb

Reportyor.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
Məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Vəsaitin 1 milyon 106 min 18 manatı 2023/2024 mövsümü, 4 milyon 227 min 9 manatı isə 2024/2025 mövsümü üçün AFFA-nın hesabına köçürülüb.
Bundan başqa, ötən il FİFA-nın “Forward” proqramı ilə AFFA-nın büdcəsinə 4 milyon 947 min 858 manat vəsait daxil olub. Bu məbləğin 2 milyon 432 min 672 manatı əməliyyat xərcləri üzrə, 2 milyon 515 min 186 manatı FİFA infrastruktur layihələri üçün ödənilib.
KARUSEL / İDMAN
Tarix: 11-04-2025, 12:27



























