mobil versiya

Vətəndaşların bank kartlarından 13818 manat oğurlayıblar





Vətəndaşların bank kartlarından 13818 manat oğurlayıblar. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu məxfi məlumatlardır. Bunu naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 14-də belə olub. Ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4000, 3482, 1621, 1500, 750, 650, 537, 340, 300, 300, 220, 118 manat pul vəsaitləri bank kartlarını talayıblar.

Reportyor.az xəbər verir ki, bu barədə DİN yenidən məlumat paylaşıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".




KARUSEL / CƏMİYYƏT
Tarix: 15-04-2025, 09:56