Suriyanın müdafiə naziri Dəməşqdə İordaniya ordusunun rəisi ilə görüşüb

İordaniyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Huneyti çərşənbə günü Dəməşqdə Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə ilə görüşüb.
Reportyor.az xəbər verir ki, bu barədə Petra xəbər agentliyi məlumat yayıb.
Görüş zamanı hər iki şəxs ikitərəfli əlaqələri müzakirə edib və onların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi yollarını araşdırıblar. Həmçinin iki ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Hər iki tərəf regionun üzləşdiyi müxtəlif çağırışların öhdəsindən gəlmək üçün davamlı əlaqələndirmə və birgə səylərin vacibliyini vurğulayıb.
Onlar regional təhlükəsizliyi və sabitliyi dəstəkləmək üçün İordaniya Silahlı Qüvvələrinin imkan və resurslarından müxtəlif sektorlarda istifadə edilməsinin zəruriliyini qey edib- xüsusən də iki ölkənin milli təhlükəsizliyinə birbaşa təsir edən sərhədyanı ərazilərdəki problemlər fonunda.
Suriyanın müdafiə naziri Suriya ilə İordaniya arasında tarixi əlaqələrin dərinliyini təsdiqləyib və ölkəsinin yaxın əməkdaşlığa sadiqliyini bir daha vurğulayıb. O, həmçinin Kral II Abdullahın regional təhlükəsizlik və sabitliyin təmin edilməsində mühüm rolunu yüksək qiymətləndirib.
KARUSEL / DÜNYA
Tarix: 23-04-2025, 17:03



























