Səfirlik Fələstin xalqına qarşı təhlükəli və davam edən təcavüzündən dərin narahatdır

"İordan çayının qərb sahilinin şimalında, xüsusilə də Tulkərm və Nur Şəms qaçqın düşərgələrində İsrail qüvvələri son bir neçə gün ərzində genişmiqyaslı basqın əməliyyatları həyata keçirib, nəticədə 106 ev və obyekt sökülüb, yüzlərlə vətəndaş isə didərgin düşüb".
Reportyor.az xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, bu, həmin düşərgələrin sakinlərinin öz düşərgələrini boşaltmaq və zorla yeni reallıq tətbiq etmək üçün sistemli siyasətin bir hissəsidir. Hesabatlar göstərir ki, işğalçı qüvvələr beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, cəmi 24 saat ərzində onlarla evi dağıdıb, infrastrukturun geniş şəkildə dağılmasına səbəb olub.
Qeyd olunur ki, Qəzza zolağında İsrailin hərbi təcavüzü 19 aydan çoxdur ki, davam edir və görünməmiş humanitar fəlakətə səbəb olub. Bu günə qədər bu təcavüz 52.500-dən çox fələstinlinin şəhid olması və əksəriyyəti qadın və uşaq olan 118.000-dən çox insanın yaralanması ilə nəticələnib və minlərlə qurban hələ də dağıntılar altında qalıb. Bu, həmçinin xəstəxanalar, məktəblər və sığınacaqlar da daxil olmaqla infrastrukturun geniş şəkildə məhv edilməsinə və 1,9 milyondan çox insanın məcburi köçkün düşməsinə səbəb olub. Qəzza zolağındakı binaların təqribən 80%-i zərər görüb və humanitar yardımın daxil olmasının sıx blokadası böhranı daha da dərinləşdirib ki, bu da onlarla insanın, əksəriyyəti uşaqlar, xəstələr və qocaların aclıqdan ölməsinə səbəb olub.
İşğal edilmiş Qüdsdə hakimiyyət qüvvələrinin himayəsi altında və ekstremist köçkün qruplarının iştirakı ilə bu qüvvələr müqəddəs məkanın məkan və zaman baxımından bölünməsini tətbiq etmək cəhdi ilə mübarək Əl-Əqsa məscidinə dəfələrlə basqınlarını artırıb. Habelə narahatedici beynəlxalq səssizlik şəraitində qədim şəhərin sakinlərinə qarşı gündəlik hücumlar davam edib.
Əl-Xəlil şəhərində, Müqəddəs İbrahimi məscidinin ətrafı, Qüdsdə baş verənlərə bənzər yeni bir yəhudiləşmə reallığını ərazidə yerləşdirməyə çalışaraq, şəhər İsrail ordusunun himayəsi altında basqınlarını və hücumlarını gücləndirən məskunlaşanların dəfələrlə qanun pozuntularına şahid olub.
Səfirlik təsdiq edir ki, bunlar işğal olunmuş Fələstin ərazilərində işğalçı hakimiyyət tərəfindən həyata keçirilən sistematik etnik təmizləmə siyasətinin davamıdır və bu, ədalətli və davamlı sülhə nail olmaq yolunda istənilən şansı sarsıtmaq üçün açıq qətiyyət nümayiş etdirir.
Davam edən bu gərginlik fonunda, Fələstin Dövlətinin Səfirliyi bütün ölkələri, beynəlxalq qurumları və media orqanlarını öz hüquqi və humanitar məsuliyyətlərini dərk etməyə, İsrailin davam edən təcavüzünü pisləyən aydın və qəti mövqe nümayiş etdirməyə, cinayətlərin və pozuntuların dayandırılmasına çalışmağa, beynəlxalq hüquq pozuntularının qarşısının alınması üçün səy göstərməyə, beynəlxalq hüququn müdafiəsini təmin etməyə və Fələstin xalqı üçün təcili beynəlxalq müdafiənin, beynəlxalq hüququn icrasının təmin edilməsi və qanunu pozan günahkarların məsuliyyətə cəlb edilməsi, işğala son qoyulması və beynəlxalq hüquqi qətnamələr əsasında ədalət və sülhün əldə edilməsinə çağırır.
KARUSEL / DÜNYA
Tarix: 6-05-2025, 15:51