mobil versiya

40 min ibadətçi cümə namazını Əl-Əqsa məscidində qılıb



Minlərlə insan Əl-Əqsa məscidində bu gün cümə namazı qılıb.

Qüdsdəki İslam Vəqf İdarəsinin məlumatına görə, 40 minə yaxın fələstinli Əl-Əqsa məscidində cümə namazı qılıb.

Fələstin Xəbər Agentliyinin (WAFA) verdiyi xəbərə görə, cümə xütbəsi işğalçı İsrail əsgərlərinin məscidin Qübbəli Qaya həyətinə girməsi ilə kəsilib.

İsrailin ötən ilin oktyabrında Qəzza zolağında və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı genişmiqyaslı hücumu başlayandan işğalçı qüvvələr Əl-Əqsa məscidinin qapıları və İçəri şəhərin girişlərindəki prosedurları sərtləşdirib.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 13-09-2024, 17:08