mobil versiya

Azərbaycanın Hindistandan gözləntiləri açıqlanıb



Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan–Hindistan münasibətlərinin perspektivinə münasibət bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə Yalçın Rəfiyev deyib ki, Hindistan olduqca vacib ölkədir.
“Hindistan həm iqtisadi, həm də siyasi mövqe nöqteyi-nəzərdən inkişaf etməkdə olan ölkədir. Azərbaycan həmişə Hindistanla münasibətlərinə dəyər verib. Gərək hər iki dövlət eyni dərəcədə yanaşaraq münasibətlərini qursunlar”, - deyə nazir müavini vurğulayıb.(apa)

KARUSEL / SİYASƏT
Tarix: 14-05-2025, 14:58