Kreml : Putin Rusiyanın ən yüksək vəzifəli rəsmiləri ilə Ukrayna danışıqlarını müzakirə edib

Prezident Vladimir Putin Ukrayna ilə gözlənilən sülh danışıqlarını müzakirə etmək üçün Rusiyanın ən güclü rəsmiləri ilə gecə saatlarında görüş keçirib.
Reportyor.az xəbər verir ki, bu barədə Kreml bildirib.
İştirak edənlər arasında müdafiə naziri Andrey Belousov, Rusiya Baş Qərargah rəisi, Valeri Gerasimov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Kremlin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, kəşfiyyat rəisləri və yüksək rütbəli rus komandirləri var.
KARUSEL / DÜNYA
Tarix: 15-05-2025, 11:04