Koreyanın Dano bayramı haqqında nə bilirik?

Koreya xalqının qədim və zəngin mədəniyyət nümunələrindən biri olan 단오 (Dano) bayramı nədir?
Reportyor.az Koreyanın ölkəmizdəki səfirliyinin məlumatına istinadla Dano bayramı haqqında məlumat verir.
Dano bayramı, Koreya ay təqvimi ilə hər il 5-ci ayın 5-ci günü qeyd olunur ki, bu tarix bu il 31 may 2025-ci ilə təsadüf edir.
Bu tarix, təbiətdə yang enerjisinin (양기) ən yüksək səviyyəyə çatdığı gün olmaqla, ilin ən güclü və müsbət enerjili günlərindən biri sayılır.
Tarixi mənşəyi
Bayramın tarixi Qoquryo dövrünə (təqribən e.ə. 4-cü əsr) qədər uzanır. Coson sülaləsi dövründə isə Dano, dövlət səviyyəsində qeyd edilən dörd əsas milli bayramdan biri olub.

UNESCO tərəfindən tanınmış mədəni irs
Dano, Koreya xalqının çoxəsrlik adət-ənənələrini yaşatması və nəsildən-nəslə ötürməsi səbəbilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib.
Bayramın əsas ənənələri
Dano bayramı zamanı həyata keçirilən rituallar həm bədənin, həm də ruhun təmizlənməsi və gücləndirilməsi məqsədi daşıyır:
• Yelləncəkdə yellənmək (그네뛰기 )-qızların enerji və sağlamlıq arzusunu simvolizə edir.
• Kişilər arasında keçirilən ənənəvi Koreya güləşi (씨름)- güc, dözümlülük və bolluq arzusunu simvolizə edir.
• Qamışotu (창포) ilə saçların yuyulması – bəd nəzər və xəstəliklərdən qorunmaq üçün tətbiq edilən qədim ritualdır.
• Ətirli otlarla vanna qəbul edilməsi, rəngli ipliklərlə toxunmuş uğur kəmərlərinin taxılması, və ənənəvi əl yelpiklərinin (부채) hədiyyə olunması – hər biri rifah, sağlamlıq və paylaşma niyyətini ifadə edən dərin simvolik məna daşıyır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-05-2025, 17:35



























