Çində iş mübahisəsindən sonra iki yapon öldürülüb

Çinin şimal-şərqindəki Dalyan şəhərində iki yapon öldürülüb və şübhəli şəxs saxlanılıb.
Reportyor.az xəbər verir ki, bu barədə "Kyodo News" Yaponiyanın Çindəki səfirliyinə istinadən məlumat yayıb.
Xəbərdə deyilir ki, Çin polisi mayın 25-də Yaponiyanın Şenyandakı konsulluğuna qətllər barədə məlumat verərək, hadisənin tanışlar arasında iş mübahisəsi nəticəsində baş verdiyini bildirib.
KARUSEL / DÜNYA
Tarix: 3-06-2025, 10:05