mobil versiya

Yaponiyanın məşhur Nou Teatrının tamaşaları Bakıda nümayiş olunacaq



2024-cü il 1 fevral tarixində Heydər Əliyev Mərkəzində ənənəvi yapon teatr növü olan Nou teatrı nümayiş olunacaq.
Yaponiyanın ölkəmizdəki səfirliyinin rəsmi Facebook səhifəsində paylaşılan xəbərdə deyilir ki, Nou Şite Hoşo məktəbinin 20-ci nəsil rəhbəri Hoşo Kazufusa başda olmaqla, Vaki ifaçıları(köməkçi rol ifaçıları), cuita ifaçıları (xor ifaçıları), hayaşi ifaçıları (musiqi alətləri ifaçıları) və Nou üzrə texniki direktorlardan ibarət 20 nəfərdən çox böyük heyətlə təmsil olunaraq, “Kokaci” adlı nou tamaşası və “Fuku no kami” kyogen teatr sənəti tamaşaları nümayiş edəcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-08-2023, 14:07