Həftəsonu bank kartlarından yenə pul oğurlanıb

İyunun 14-15-də bir sıra vətəndaşın bank hesabından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 170, 110, 50 və 19 manat müxtəlif üsullarla oğurlanıb.
Reportyor.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, kiberdələduzlar əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lərlə, saxta saytlar və şübhəli platformalar vasitəsilə müdaxilə edirlər.
"Bank kartı məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var. Unutmayın: Naməlum nömrələrə cavab verməyin, şübhəli linklərə daxil olmayın, bank kartı nömrəsi, PIN, CVV, OTP kimi məlumatlarınızı heç kimə verməyin, Özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən tanımadığınız şəxslərə inanmayın".
KARUSEL / HADİSƏ
Tarix: 16-06-2025, 14:40