1 500 hektaradək ərazi ötən həftə minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.06-2025-22.06.2025) məlumat açıqlanıb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 70 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 1 445 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 1 420,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
KARUSEL / ÖLKƏ
Tarix: 23-06-2025, 14:00