Azad edilmiş ərazilərdə daha 103 mina tapılıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (23.06-2025-29.06.2025) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 85 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 524 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
1 350,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 30-06-2025, 12:17