mobil versiya

Qətərin Baş naziri İrlandiya Prezidenti ilə son regional hadisələri müzakirə edib



İrlandiya Respublikasının Prezidenti Mixael Daniel Higgins Qətərin Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.

Reportyor.az xəbər verir ki, görüş zamanı son regional hadisələrlə yanaşı, iki ölkə arasında əməkdaşlıq əlaqələri və onların dəstəklənməsi və möhkəmləndirilməsi yolları, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular müzakirə edilib.

İrlandiya Prezidenti Qətər Dövlətinin vasitəçilik və münaqişələrin həllində oynadığı rola, sülh və diplomatik vasitələrlə regional və beynəlxalq sabitliyin dəstəklənməsi üzrə davamlı səylərinə görə ölkəsinin təşəkkürünü bildirib.

KARUSEL / DÜNYA
Tarix: 2-07-2025, 17:29