“Arsenal”ın yapon futbolçu ilə yolları ayrılıb

“Arsenal” futbolçusu Takehiro Tomiyasu ilə yollarını ayırıb.
Reportyor.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yaponiyalı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Tomiyasu 2021-ci ildən “topçular”da çıxış edirdi. O, bu müddət ərzində 84 oyunda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu zədə səbəbindən ötən mövsümü buraxıb və cəmi bir maçtda iştirak edə bilib.
KARUSEL / İDMAN
Tarix: 4-07-2025, 16:27