mobil versiya

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - Xəbərdarlıq





Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Reportyor.az








KARUSEL / ÖLKƏ
Tarix: 7-07-2025, 17:16