mobil versiya

Pakistan Milli Kiber Cinayətlərin Təhqiqat Agentliyi 48 çinli olmaqla 149 nəfəri həbs edib






Pakistan polisi dələduzluqla mübarizə çağrı mərkəzinə basqın zamanı 149 nəfəri, o cümlədən 71 əcnəbi, əsasən Çinli şəxsi həbs edib.

Reportyor.az CNA-a istinadla xəbər verir ki, bu barədə Milli Kiber Cinayətlərin Təhqiqat Agentliyi bildirib.

"Reyd zamanı Ponzi sxemləri və investisiya fırıldaqçılığı ilə məşğul olan böyük bir zəng mərkəzi üzə çıxarılıb. Bu fırıldaqçı şəbəkə vasitəsilə ictimaiyyət aldadılır və qanunsuz olaraq külli miqdarda pul yığılırdı” - agentliyin açıqlamasında deyilir.

Agentlik, ölkənin şərqindəki istehsal mərkəzi olan Faisalabad şəhərində fəaliyyət göstərən şəbəkə ilə bağlı məlumat əsasında hərəkət etdiklərini söyləyib.

Bildirilir ki, basqın dövlət qurumu olan Su və Enerji İnkişafı İdarəsinin keçmiş sədrinin oğlu Tasheen Avanın iqamətgahında olub.

Həbs edilənlərin hamısı, o cümlədən 78 pakistanlı və 48 çinli, həmçinin Nigeriya, Filippin, Şri-Lanka, Banqladeş, Zimbabve və Myanma vətəndaşları həbsdədir. 149 nəfərdən 18-i qadın olub.

Reportyor.az





KARUSEL / DÜNYA
Tarix: 10-07-2025, 13:53