mobil versiya

Myanma polisi 352 Çin vətəndaşını ekstradisiya edib


Myanma polisi telekommunikasiya fırıldaqçılığı şübhəsi ilə həbs olunan 352 nəfər Çin vətəndaşını öz ölkəsinə təhvil verib.
Sinxua agentliyi xəbər verir ki, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Məlumata görə, Myanmanın şimalındakı Muse bölgəsində yerli polisin çinli həmkarları ilə birgə keçirdiyi əməliyyat nəticəsində sərhəddə telekommunikasiya fırıldaqçılığı ilə məşğul olan 807 şübhəli həbs edilib. Onlardan 352-i Çin, 455-i isə Myanma vətəndaşıdır.


KARUSEL / DÜNYA
Tarix: 1-04-2024, 11:50