mobil versiya

MN: Azərbaycan Ordusunun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb




Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu (Zəngəzur-red.) ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən  bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.(apa)

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 18:49