Hindistandan Trampa sərt cavab - “Özləri Rusiya ilə ticarəti davam etdirirlər”

Hindistan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft idxalına son qoyulması ilə bağlı çağırışına sərt cavab verib.
Rəsmi Dehlinin bəyanatında ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar fonunda apardığı siyasətin ikili standartlara əsaslandığı vurğulanır.
Hindistan tərəfi bildirir ki:
Rusiya neftinin idxalı, Ukrayna müharibəsi səbəbindən ənənəvi enerji təchizatçılarının Avropaya yönləndirilməsi fonunda zəruri addım olub;
ABŞ özü qlobal enerji bazarının sabitliyi naminə Hindistana bu idxalı təşviq edib;
Hindistanın enerji idxalı ölkə əhalisinin əlçatan və sabit qiymətlərlə enerji təminatı məqsədini daşıyır.
Nazirlik qeyd edir ki, Hindistanı tənqid edən ölkələr özləri Rusiya ilə geniş ticarət əlaqələrini davam etdirir:
Avropa İttifaqı 2024-cü ildə Rusiya ilə 67,5 milyard avro dəyərində mal və 17,2 milyard avro dəyərində xidmət ticarəti aparıb;
Rusiyadan idxal edilən maye təbii qaz (LNG) 16,5 milyon tonla rekord həddə çatıb;
Avropa ölkələri Rusiyadan enerji, gübrə, mədən məhsulları, kimyəvi maddələr, dəmir, polad və maşınlar alırlar;
ABŞ isə Rusiyadan nüvə sənayesi üçün uran heksaflorid, həmçinin elektromobillər üçün palladium, gübrə və kimyəvi maddələr idxal etməyə davam edir.
Bəyanatın sonunda Hindistan öz milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün zəruri bütün tədbirləri görəcəyini bəyan edib və beynəlxalq təzyiqləri ədalətsiz hesab edib. ("AzPolitika.info")
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:19