Düşənbədə Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurası keçiriləcək

Sentyabrın 5-də Düşənbədə MDB-nin İqtisadi Şurasının 2025-ci il iclası keçiriləcək.
Bu barədə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi yerli mediaya bildirib.
Şuranın işində Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Rusiya Federasiyası, Türkmənistan, Özbəkistan baş nazirlərinin müavinləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndəsi iştirak edəcək.
Xatırladaq ki, 2024-cü il noyabrın 29-da MDB İqtisadi Şurasının növbəti iclası zamanı Rusiya Federasiyasından 2025-ci il üçün Şuraya sədrlik Tacikistana keçib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 17:50