mobil versiya

IX “Muğam” Televiziya Müsabiqəsinin qalibləri məlum olub


Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilir.

Müsabiqənin final mərhələsində 12 iştirakçı öz məharətini göstərəcək. Müsabiqənin münsiflər heyətinin üzvləri arasında Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Final mərhələsində 5 yeniyetmə 7 gənc muğam ifaçısı çıxış edərək münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.
Yekun qərara əsasən, 8-16 yaşında yeniyetmələr arasında 3-ü yerdə Kənan Tağızadə, 2-ci yerdə Murad Nəbizadə qərarlaşıb. Yeniyetmələr arasında IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Əhəd Ağayev olub.
16-30 yaşında gənclər arasında isə 3-ü yerdə Rəis Niftəliyev, 2-ci yerdə Nərmin Mirzəyevə qərarlaşıb. Gənc ifaçılar arasında IX “Muğam” Televiziya Müsabiqənin qalib isə Aytac Bəybalayeva olub. (Azərtac)

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 18:19