Efiopiyada kilsə binasının uçması nəticəsində azı 22 nəfər ölüb

Efiopiyada bir kilsədə qurulmuş müvəqqəti iskele çərşənbə günü uçub, ən azı 22 nəfər ölüb, 55 nəfər yaralanıb.
Bu barədə dövlət mediası bildirib.
Paytaxt Əddis-Əbəbədən təqribən 70 kilometr (43 mil) şərqdə yerləşən Arerti qəsəbəsində baş verən insident nəticəsində “çoxlu zəvvar” ölüb, daha çoxunun dağıntılar altında qaldığı güman edilir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 1-10-2025, 16:44



























