mobil versiya

Son beş il ərzində qeyri-neft ÜDM-i 37 milyard manat artıb



2026-cı ilin əsas makroiqtisadi göstəricilərinə görə, ümumi daxili məhsul (ÜDM) 134,1 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 2,9 faiz real artımı ifadə edir.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.
O bildirib ki, son beş il ərzində ÜDM nominal ifadədə 36,7 milyard manat (39,3 faiz), real ifadədə isə 19 faiz artıb.
“Qeyri-neft ÜDM-i isə 101,7 milyard manat proqnozlaşdırılır və bu, 2025-ci illə müqayisədə 5 faiz real artım deməkdir. Son beş il ərzində qeyri-neft ÜDM nominal ifadədə 36 milyard manat (62,7 faiz), real ifadədə isə 34 faiz artıb”.

Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-11-2025, 12:00