mobil versiya

Silahlı şəxslər Nigeriyada katolik məktəbindən 52 şagirdi qaçırıb






Nigeriyada silahlı şəxslər Niger əyalətindəki katolik məktəbindən 52 şagirdi qaçırıb.

Bu barədə yerli "Arise News" televiziya kanalının verdiyi məlumatda deyilir.

Niger əyalət hökumətinin açıqlamasında qaçırılma hadisəsinin baş verdiyi təsdiqlənib, lakin qaçırılan şagirdlərin sayının hələ də yoxlanıldığı bildirilib.

Bəyanatda deyilir ki, "Niger əyalət hökuməti Müqəddəs Məryəm məktəbindən şagirdlərin qaçırılması ilə bağlı narahatedici xəbəri dərin kədərlə qəbul edib" və təhlükəsizlik orqanlarının şagirdləri axtardığı əlavə edilib.

Nigeriyada silahlı şəxslərin hücumları, o cümlədən bazar ertəsi günü Kebbi əyalətindəki internat məktəbindən 25 məktəbli qızın qaçırılması baş verib.

Hücumlar Qərbi Afrika ölkəsindəki təhlükəsizliyin pozulmasına diqqət çəkib və prezident Bola Tinubu xarici səfərlərini təxirə salmağa məcbur edib.

Reportyor.az

KARUSEL / DÜNYA
Tarix: 21-11-2025, 13:34