Kiberpolis qanunsuz onlayn qumar oyunlarında iştirak edənləri aşkarlayıb

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə qanunsuz onlayn qumar və mərc oyunlarına qarşı mübarizəni davam etdirir.
Aparılan əməliyyat-texniki tədbirlər nəticəsində “Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “Fastloto” və digər qanunsuz platformalara mütəmadi qoşulan 20 nəfər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Onların arasında Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov və İlqar Hüseynov da var.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: 21-11-2025, 15:48


























