mobil versiya

Azərbaycan və Səudiyyə Ərəbistan arasında Əməkdaşlıq Proqramını imzalanıb




Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak edib.

Konfrans çərçivəsində nazir Fərid Əhmədov Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Vəlid bin Məhəmməd bin Saleh Əl-Samni ilə görüşüb. Görüş zamanı ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə hüquq və ədliyyə sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər, həmçinin ədliyyə sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Əməkdaşlıq Proqramını imzalayıblar. 
Proqram qeydiyyat, notariat və digər ədliyyə orqanlarında görüşlərin təşkili, qabaqcıl təcrübələrin öyrənilməsi, tədris müəssisələri arasında birgə tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.



Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-11-2025, 14:20