Bir gündə 4500-dən çox əfqan İran və Pakistandan geri qayıdıb

Bir gündə qonşu İran və Pakistandan 4500-dən çox əfqan qaçqını deportasiya edilib.
Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ) sözçü müavini Molla Həmdullah Fitrət özünün X səhifəsində Miqrantların Problemlərinin Həlli üzrə Ali Komissiyanın hesabatını paylaşaraq çərşənbə günü 5591 nəfərdən ibarət 863 ailənin ölkəyə qayıtdığını bildirib.
O bildirib ki, geri qayıdanlar Əfqanıstana Heratdakı İslam Qala keçidi, Nimrozdakı Pul-i-Abreşam, Qəndəhardakı Spin Boldak, Helmanddakı Bəhramça və Nəngərhardakı Torxam keçidi vasitəsilə daxil olublar.
O qeyd edib ki, geri qayıdan 1311 ailə (7165 nəfər) müvafiq ərazilərə daşınıb, 849 ailə isə humanitar yardım alıb.
O əlavə edib ki, telekommunikasiya şirkətləri tərəfindən geri qayıdan qaçqınlar arasında ümumilikdə 937 SİM kart paylanıb.
Çərşənbə axşamı günü 3000-dən çox Əfqanıstan miqrantı İran və Pakistandan geri qaytarılıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 19-12-2025, 11:31



























