İspaniya Baş naziri Fələstində sülhü qorumaq üçün qoşun göndərməyə açıqdır

Baş nazir Pedro Sançez bildirib ki, İspaniya Ukraynaya qüvvələr göndərməyə hazır olduğu kimi, fürsət yarandıqda sülhməramlı qüvvələr üçün Fələstinə qoşun göndərməyə hazırdır.
O, Madriddə İspaniya səfirlərinin toplantısında bildirib ki, Fürsət yarandıqda, bu sülhməramlı vəzifəni necə irəlilədəcəyimizi görəndən sonra parlamentə sülhməramlı qüvvələr göndərməyi təklif edəcəyəm.
"Əlbəttə ki, biz Fələstini və Qəzza zolağını unutmamışıq... İspaniya Fələstində ümidin bərpasında fəal iştirak etməlidir. Oradakı vəziyyət dözülməz olaraq qalır."
Sançez həmçinin İspaniyanın sülh müqaviləsi bağlanacağı təqdirdə Ukraynaya qoşun göndərməyə hazır olduğunu təsdiqləyərək, hazırkı anı orada sülhə nail olmaq üçün "kritik" və "həlledici" adlandırıb.
"Əgər İspaniya ölkəmizdən uzaqda yerləşən bir çox bölgəyə sülhməramlı qüvvələr göndəribsə, necə ola bilər ki, biz Avropa ölkəsi olan Ukraynaya sülhməramlı qüvvələr göndərməyək?" deyə o əlavə edib.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna torpağında hər hansı xarici sülhməramlı qüvvələrin olmasının əleyhinədir.
2024-cü ildə Fələstin Dövlətini tanıyan İspaniya hökuməti, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın cənubi İsrailə hücumundan sonra İsrailin Qəzzaya hücumuna Avropanın ən sərt tənqidçilərindən biri olub.
Keçən ilin sonunda Sançez Madriddə Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşündə fələstinlilərin dramatik vəziyyəti barədə məlumatlılığın artırılmasına çağırdı.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 9-01-2026, 09:26



























