Nəriman Axundzadə ilə bağlı "Qarabağ” açıqlama yayıb

Bu barədə Azərbaycan çempionunun rəsmi saytında bildirilib.
“Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq” – deyə, məlumatda vurğulanıb.
Nəriman Axundzadə 2022-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edir. 21 yaşlı hücumçu 2023-cü ildən isə Azərbaycan millisinə dəvət alır.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:04


























