Böyük Britaniya Normanı Azərbaycana səfir təyin edib

Böyük Britaniya Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.
Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi sosial media hesabında paylaşım edilib.
Bu vəzifə Dunkan Normana həvalə edilib.
Norman öz sosial şəbəkə hesabında payalşım edərək Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyduğunu bildirib.
"Böyük Britaniya - Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə o vurğulayıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 2-03-2026, 15:18



























