Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi Cənubi Qafqazda vəziyyəti yaxşılaşdırır - Paşinyan

Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi, şübhəsiz ki, Cənubi Qafqaz regionunda vəziyyəti yaxşılaşdırır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Gürcüstan arasında Hökümətlərarası Komissiyanın 15-ci iclasında çıxışı zamanı bildirib.
“Gürcüstanın dəstəyi ilə Ermənistan, Gürcüstan və Azərbaycan arasında üçtərəfli ticarət əməkdaşlığı və qarşılıqlı fəaliyyət dərinləşib. Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi, şübhəsiz ki, regionumuzda vəziyyəti yaxşılaşdırır”, -deyə Paşinyan vurğulayıb.(Trend)
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 4-03-2026, 13:48



























