XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur

İranda 60-dən artıq ölkənin 3400-dən çox vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.
Bunu XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, 395 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Ayxan Hacızadə qeyd edib ki, İranda və İsraildə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində xəsarət alması barədə məlumat yoxdur.(Apa)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-03-2026, 14:03



























